Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistan tərəfindən azad olunduğu anın görünütüləri YAYILDI - VİDEO

aqsin-bebirov-ve-huseyn-axundovun-ermenistan-terefinden-azad-olundugu-anin-gorunutuleri-yayildi-video-1702488118
|
|

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən saxlanılan 2 azərbaycanlı hərbçi Azərbaycana təhvil verilib.


Referans.az Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, Təhvilvermə prosesində hər hansı insident baş verməyib.


Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən azad olunaraq Azərbaycana qaytarılıb.


Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının əməkdaşları iştirak edib.


Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.